Həftədə üç porsiya yeyin - Bağırsaq xərçəngindən qorunun

19:18 25-07-2019 566

Həftədə üç porsiya balıq yemək bağırsaq xərçənginin inkişaf riskini xeyli azaldır.

“The Telegraph” nəşri xəbər verir ki, xərçəngin öyrənilməsi üzrə beynəlxalq agentliyin mütəxəssisləri belə qənaətə gəliblər.

Mütəxəssislərin məsələ ilə bağlı 15 il ərzində apardığı araşdırmada 476 160 avropalı iştirak edib. Məlum olub ki, balıq qəbul edən insanlar bağırsağın bədxassəli şişindən 12 faiz az əziyyət çəkib.

Bununla belə, xərçəng riskini həm yağlı, həm də yağsız balıq qəbulu azaldıb, molyuskalardan istifadə isə heç bir effekt verməyib.

Qeyd edək ki, bağırsaq xərçəngi Böyük Britaniyada ən çox yayılmış dördüncü onkoloji xəstəlikdir və bütün dünyada xərçəngin ən təhlükəli növlərindən biridir.