EYOF 2019: Bayraqdarımız gümüş medal qazandı
20:00 25-07-2019 602
Bakıda keçirilən XV Avropa Gənclər Olimpiya Festivalında cüdoçularımız bu gün də medalsız qalmayıblar.
HerGun.Az xəbər verir ki, yeniyetmələr üzrə Olimpiya çempionumuz Vüqar Talıbov (-73 kq) finalda italiyalı Luici Sentraççioya ipponla uduzub.
Digər cüdoçularımız – Aytac Qardaşxanlı (-57 kq) və Mətin Rzazadə (-66 kq) isə bürünc medal uğrunda görüşdə rəqiblərinə yenilib.
Qeyd edək ki, Azərbaycan millisi cüdoda bir qızıl, bir gümüş və iki bürünc medal qazanıb.
Bununla da Azərbaycanın medallarının sayı 20-yə çatıb. Bunlardan doqquzu qızıl, altısı gümüş və beşi bürünc medaldır. İlk sırada isə 35 medalla Rusiya gedir.
Səbuhi Musayev