Şəmkirdə 25 yaşlı qadın qısqanclıq zəmnində öldürüldü

00:45 26-07-2019 734

Şəmkirdə 25 yaşlı qadın qətlə yetirilib.

HerGun.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayon mərkəzində baş verib.

Şəmkir sakini 25 yaşlı Aynurə Zamanova bıçaqlanaraq qətlə yetirilib.

İlkin məlumata görə, qadın qardaşı oğlu tərəfindən öldürülüb.

Qətlə yetirilən qadın Şəmkir rayon Poliklinikasında işləyib və bir övlad sahibi olub.

Qətlin qısqanclıq zəminində törədildiyi ehtimal olunur.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.