Formula 1 Azərbaycan Qran Prisinin vaxtı dəyişdirilə bilər

11:00 26-07-2019 1395

Gələn il Formula 1 Azərbaycan Qran Prisi iyunda keçirilə bilər.

HerGun.Az xəbər verir ki, bunu Gənclər və İdman naziri Azad Rəhimov jurnalistlərə bildirib.

Nazir deyib ki, hələ yarışın yeni təqvimi açıqlanmasa da, böyük ehtimalla 2020-ci il iyunun 5-7-də keçirilməsi təsdiqlənəcək.

Xatırladaq ki, Formula 1 Azərbaycan Qran Prisi son üç ildə Bakıda aprelin ortalarında keçirilib.