Premyer Liqada püşkatmanın vaxtı açıqlandı

11:09 26-07-2019 627

Azərbaycan Premyer Liqasında 2019/2020-ci illər mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.

Bununla bağlı AFFA məlumat yayıb. 

Bildirilib ki, mərasim 5 avqustda AFFA-nın inzibati binasında keçiriləcək.

Qeyd edək ki, Topaz Premyer Liqasının yeni mövsümü 16 avqustda başlayacaq.