Moldova prezidentini seçir

10:00 01-11-2020 295

Moldovada prezident seçkilərində səs vermək üçün ölkənin hər yerində seçki məntəqələri açılıb.

“RİA Novosti” xəbər verir ki, bu gün respublika sakinləri yaxın dörd il üçün dövlət başçısını seçirlər.

Ölkədə yerli vaxtla 7:00-da 2 mindən çox seçki məntəqəsi işə başlayıb, 139 məntəqə isə xaricdə fəaliyyətdədir.

Səsvermə yerlərində video nəzarət var. Pandemiya təhlükəsi səbəbindən bütün seçicilərə qoruyucu maskalar veriləcək.

Təhlükəsizliyin təmin edilməsi üçün təxminən 6 min polis əməkdaşı cəlb edilib.

Bu il Moldovadakı seçkiləri təqribən 1900 yerli və 309 beynəlxalq müşahidəçi izləyəcək.

Moldova qanunvericiliyinə görə, prezident seçkilərinin qalibi siyahılara daxil edilmiş seçicilərin yarısından çoxunun səsini alan namizəd olur.