Nazirin Avropa Festivalından gözləntiləri - VİDEO

14:00 26-07-2019 1063

Builki Avropa Gənclər Yay Olimpiya Festivalından çoxlu sayda medal gözləyirik.

HerGun.Az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Gənclər və İdman naziri Azad Rəhimov deyib.

A.Rəhimov xatırladıb ki, milli komandamız medal sayına görə ikinci yerdədir:

“Festivalın sonuna iki gün qalıb. Çox istərdik ki, Azərbaycan yarışın sonuna qədər medal sayına görə “beşlik”dən aşağıda olmasın”.

Qeyd edək ki, 26 iyul tarixində Gənclər və İdman Nazirliyinin yaradılmasının 25-ci ildönümü qeyd olunur. Nazirlik ulu öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli fərmanına əsasən yaradılıb.

Billurə Mikayıllı
Orxan Hüseynzadə