Bayraqdarımız uduzmasından danışdı: Öz səhvimdən oldu

15:27 26-07-2019 435

Bu rəqibimlə heç vaxt güləşməmişdim. Öz səhvimdən uduzdum. İnşallah, gələn dəfə belə səhv etməməyə çalışacağam.

Bunu HerGun.Az-a Azərbaycanı Avropa Gənclər Olimpiya Festivalının (EYOF) cüdo yarışlarında 73 kiloqram çəki dərəcəsində təmsil edən Vüqar Talıbov deyib.

EYOF-un açılış mərasimində bayrağımızı daşımış, Yeniyetmələrin Olimpiya Oyunlarının qalibi olmuş V.Talıbov finalda italiyalı Luici Sentraççioya ipponla uduzub.

İdmançımız 25-28 sentyabrda Qazaxıstanın Almatı şəhərində keçiriləcək yeniyetmələrin dünya çempionatında təkrar səhv etməyəcəyini bildirib:

“Azarkeşlərə də təşəkkür edirəm ki, məni dəstəklədilər. Amma onları məyus etdim”.

Səbuhi Musayev