Azərbaycan gimnastından tarixi medal

15:45 26-07-2019 1084

Azərbaycanın idman gimnastı Səməd Məmmədli Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) gümüş medala sahib olub.

HerGun.Az xəbər verir ki, təmsilçimiz dəstəli atla hərəkətdə 13.600 xal qazanmaqla bu nəticəni əldə edib.

S.Məmmədli sərbəst hərəkətlərdə isə 13,733 xalla 6-cı yerdə qərarlaşıb. 

Qeyd edək ki, bu, Azərbaycanın EYOF tarixində gimnastika növündə qazandığı ilk medaldır.