Elman Rüstəmov manatdan danışdı

16:00 26-07-2019 1144

İlin əvvəlindən manatla pul bazası yeddi faiz artıb.

HerGun.Az-ın məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, pul təklifinin artım tempinin yüksəlməsi başlıca olaraq sosial xarakterli fiskal stimulların həyata keçirilməsi nəticəsində xəzinə hesabından aktivləşmə ilə bağlıdır:

“Ötən ilə nisbətən ümumi daxili məhsul 2,4 faiz artıb. Bu il qeyri-neft sahəsində artım 3,9 faiz olub. Kənd təsərrüfatı gəlirlərinin artım tempinin yüksəlməsi və ya gecikmə ilə olsa da, pərakəndə ticarət və pullu xidmətlərin artım tempinə müsbət təsir göstərib”.

E.Rüstəmov qeyd edib ki, inflyasiya riskləri balansında xarici amillər əhəmiyyətli olaraq qalır:

“Mərkəzi Bank tərəfindən əhalini gəlirləri və istehlak davranışlarının analizi göstərir ki, ilin ikinci yarısında bu amillərin inflyasiyaya təsiri bir qədər arta bilər”.