Tələbə ilk qazıntısında 65 milyon illik dinozavr sümüyü tapdı - FOTO

16:27 26-07-2019 63

Arxeologiya kifayət qədər dəqiq olmayan elmdir. Alimlər bir çox hallarda uzun illər sərf etsələr də, heç nə əldə edə bilmirlər.

ABŞ-ın Kaliforniya ştatından olan Harrison Dyuran adlı V kurs tələbəsi ilk arxeoloji qazıntısında yeni tapıntıya imza atıb.

Harrison uşaq yaşlarından dinozavrları sevir. Buna görə də onun bu sahəyə meyilli olması heç kəsi təəccübləndirməyib.

Konfransların birində Harrison professor Maykl Kcelland ilə tanış olub. Dinozavrlara sevgisi professorla tələbənin ümumi dil tapmasına kömək edib. Professor Harrisona Şimali Dakotada iki həftə qazıntılarda iştirak etməyi təklif edib. Tələbə dərhal razılıq verib.

Maykl ötən il bu ərazidə dinozavr başı tapdığı üçün eyni yerdə qazıntı aparmaq qərarına gəlib. İşə başladıqdan bir neçə gün sonra Harrison 65 milyon il yaşı olan tritseratopsun kəllə sümüyünü tapıb.