Manatı oğurlamaq çətinləşəcək - Xüsusi konteynerlərdə daşınacaq

16:36 26-07-2019 502

Azərbaycan Mərkəzi Bankı tərəfindən yeni qaydalar hazırlanır. Bu qaydalarda pul nişanlarının oğurlanması məsələsi də əksini tapıb.

HerGun.Az-ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının “Tədavülə yararsız milli pul nişanlarının əlamətlərinin müəyyən edilməsi, dəyişdirilməsi və pulların ekspertizası Qaydaları”nı şərh edən bankın Nağd pul departamentinin direktoru Adışirin Qasımov deyib.

O qeyd edib ki, xarici təcrübədə pul nişanları daha təhlükəsiz konteynerlərdə daşınır:

“Onlar xüsusi rənglə nişanlanır və oğurlanan zaman avtomatik olaraq yararsız olur. Bununla bağlı təklifimizi Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim etmişik. Hazırda bank sektorunun mövqeyini gözləyirik”.

İlhamə Əbülfət