EYOF-2019: Azərbaycan onuncu qızıl medalı qazandı

17:54 26-07-2019 683

Azərbaycan Bakıda keçirilən Avropa Gənclər Olimpiya Festivalında onuncu qızıl medalı qazanıb.

HerGun.Az xəbər verir ki, ən ağır çəkili cüdoçumuz Hüseyn Məmmədov finalda rusiyalı rəqibinə qalib gələrək qızıl medalı boynundan asmaq hüququ əldə edib.

Bundan başqa, Məhərrəm İmamverdiyev (-80 kq) bürünc medal qazanıb.

Bununla da Azərbaycan üçün cüdoda fərdi yarışlar başa çatıb. Komandamız cüdoda iki qızıl, bir gümüş və üç bürünc medal əldə edib.

Ümumilikdə Azərbaycanın aktivində 23 medal var və bu göstərici ilə II yerdədir.

Səbuhi Musayev