Romanı qurğuşun dağıtdı - TARİXİ FAKT

01:27 27-07-2019 520

Roma imperiyası eramızdan əvvəl 27-ci ildə qurulub. Qədim dünyanın qüdrətli imperiyası haqqında bugünə qədər də tədqiqatlar davam edir.

Roma imperiyası ilə bağlı maraqlı bir faktı HerGun.Az-a tarixçi-alim Əkbər Nəcəf verib.

II əsrdən etibarən başlayan və addım-addım Roma əsilzadələrinin şüurunu istila edən axmaq bir inanc imperiyanın genlərini qurutmağa başladı.

İlahiləşmək üçün soyluların qidasına əlavə olunan qurğuşun bütöv bir sinfin zəhələnməsinə yol açdı.

Gündə bir milliqramdan artıq qəbul edildiyində qəbizliyə, iştahsızlığa, əl və ayaqların iflicinə səbəb olan qurğuşun romalı soylularda qısırlığa yol açdı, cinsi fəaliyyəti azaltdı, qadınların doğma qabiliyyətini aşağı saldı, düşük doğumların sayını artırdı. 

Bir araşdırmaya görə, Romanın son dövrlərində əsilzadələr normadan artıq qurğuşun qəbul edirdilər. Yaşlı Flip belə yeməklərin bişirilməsi üçün “mis deyil qurğuşun qablardan istifadə edilməsini” əmr etmişdi.

“Qurğuşun xəstəliyi” soylu ailələrin həyatını istila etdi. Sürahilər, yemək qabları, kosmetik əşyalar, dərmanlar, boyalar - hər şey qurğuşunlandı.

Hətta şərabı daha yaxşı qoruduğuna və dadlandırdığına dair bir fikir qurğuşun çəlləklərinin ortaya çıxmasına yol açdı. Şərabı mikroblardan təmizlədiyinə inanan romalılar öz-özlərini zəhərlədiklərini nəzərə almırdılar.

Daha yaxşı, sağlam yaşamaq, uzun ömrə sahib olmaq üçün başlayan çılğınlıq Roma əsilzadələrinin soyunu qurutmağa başladı. Soylu ailələr arasında özünü göstərməyə başlayan yüksək ölüm nisbəti ilə zəif artım nisbəti arasında uçurum dəhşətli həddə çatdı.

Qurğuşunun fəsadları anlaşıldığında isə “əziyyətsiz ölüm” deyə fərqli bir ad altında onun istifadəsinə yenə davam edildi.

Şərqi Romanın ilk mərkəzi Ravennada əsilzadələr arasındakı ölüm nisbəti o qədər yüksək idi ki, soylular vaxtlarını cənazə mərasimlərində keçirirdilər.

Sanki Roma intihar etməyə qərar vermişdi. Sidonlu Apollinarın yazdığı kimi, “Ravennada divarlar yığılır, sular durulur, qüllələr tərk edilir, gəmilər quma batır, oğrular yatmır, qarolçular yatırdı”...