Ramos 2018-ci ilin may ayından bəri ilk dəfə penaltini qaçırdı

14:40 15-11-2020 445

“Real Madrid” və İspaniya millisinin müdafiəçisi Serxio Ramos 2018-ci ilin may ayından bəri ilk dəfə penaltini vura bilməyib.

“Gracenote Live” bu barədə xəbər yayır.

İspanların kapitanı “Millətlər Liqası”nın beşinci turunun İsveçrə millisi ilə matçında şansı əldən verib.

Bundan əvvəl Ramos ardıcıl 25 penalti zərbəsi vurub və az qala “Yuventus”un və Portuqaliya milli komandasının hücumçusu Kristiano Ronaldonun 2010-cu ilin fevral-2012 aprel tarixinədək olan 26 penalti rekorduna yaxınlaşıb.

Serxio Ramos milli komanda səviyyəsində keçirdiyi oyunların sayına görə Avropa rekordçusu olub.

“Millətlər Liqası”nın beşinci turunun İsveçrə komandası ilə görüşməsi Ramos üçün 177-cidir. Əvvəlki rekord “Yuventus”un və İtaliya yığmasının qapıçısı Canluici Buffona məxsusdur. Qapıçı 176 oyun keçirib.