Türkiyədə son sutkada 116 nəfər koronavirusdan ölüb

22:40 18-11-2020 383

Türkiyədə son sutka ərzində koronavirusa 4215 yeni yoluxma halı qeydə alınıb.

“Haber Global”ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Son 24 saatda koronavirusa yoluxmuş 116 nəfər ölüb.

Ümumilikdə Türkiyədə 425 min 628 nəfər koronavirusa yoluxub, 11 min 628 nəfər ölüb.