Həmkəndlisini güllələdi, dözməyib özünü də öldürdü

13:45 27-07-2019 654

Saatlı rayonunda güllələnmə hadisəsi baş verib.

Daxili işlər Nazirliyindən HerGun.Az-a bildirilib ki, rayonun Bəylər kənd sakini Mübariz Həsənovu qətlə yetirmiş həmkəndlisi Füsət Məhərrəmov sonradan özünü də öldürüb.

İyulun 27-nə keçən gecə M.Həsənovun həyətinə gəlmiş həmkəndlisi Füsət Məhərrəmov münaqişə zəminində tüfəngdən açdığı atəşlə onu, evinə qayıtdıqdan sonra isə özünü öldürüb.

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerindən bir ədəd müvafiq sənədləri olan “TOZ-63” markalı ov tüfəngi götürülüb.

Araşdırma aparılır.