Oğrunu ev sahibi zərərsizləşdirdi

16:00 27-07-2019 968

Samuxda mənzilə girən oğrunu polisə ev sahibi təslim edib. 

HerGun.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə ötən gecə rayonun Qarayeri qəsəbəsində qeydə alınıb. 

Belə ki, gecə saatlarında mənzillərdən birinə girən 1995 ci il təvəllüdlü İmdad İsayev ev sahibi tərəfindən tutulub. Ev sahibinin səsə çıxdığını görə İ.İsayev qaçmaq istəsədə bu mümkün olmayıb. 

Nəticə etibarilə zərərsizləşdirilən oğrunu Samux rayon Polis İdarəsinin əməkdaşlarına təslim edilib. 

Faktla bağlı araşdırma başlanılıb, İ.İsayev digər cinayət əməlləri araşdırılır.

Nazir Quliyev