G20-nin yekun bəyannaməsinin nəticələri

21:40 22-11-2020 441

G20 liderləri zirvənin yekun bəyannaməsini imzalayıblar.

“Ria Novosti”nin məlumatına görə, əsas hədəflər pandemiyanın nəticələrinin aradan qaldırılması ilə əlaqədardır:

  • Qlobal iqtisadiyyatın bərpasını dəstəkləmək, maliyyə sisteminin sabitliyini artırmaq;

  • Pandemiya şəraitində inkişaf etməkdə olan ölkələri dəstəkləməyə davam etmək;

  • ÜST-ün effektivliyini artırmaq;

  • Ekonomik iqtisadi artım üçün enerji mənbələrinin fasiləsiz tədarükünü təmin etmək.

Liderlər, eyni zamanda, kasıb ölkələrin borc ödənişlərinə qoyulan moratoriumun 2021-ci ilin iyun ayına qədər uzadılması təşəbbüsünü də təsdiqləyiblər.