Boğub “öldürdüyü” həyat yoldaşı polis idarəsində ayıldı

05:00 26-11-2020 414

Çində kişi ailə mübahisəsi zəminində həyat yoldaşını boğmağa başlayıb və bir müddət sonra onun öldüyünü düşünərək “cəsədi” özü ilə bərabər polis idarəsinə aparıb, orada könüllü təslim olmaq istəyib.

“Medialeaks” agentliyi bu barədə Çin mətbuatına istinadən xəbər verib.

Hadisə Çinin Szyansu vilayətində baş verib.

Van adlı kişi məftili həyat yoldaşının boynuna dolayaraq onu boğmağa başlayıb. Qadın huşunu itirəndən sonra onun öldüyünü düşünən kişi könüllü olaraq polisə gedərək təslim olmaq qərarına gəlib.

O, ifadə verərkən özü ilə polis idarəsinə gətirdiyi qadın gözlənilmədən özünə gəlib.

Maraqlıdır ki, qadın polislərdən onun həyat yoldaşını sərbəst buraxmağı xahiş edib.

Qadın bildirib ki, əslində həyat yoldaşının məqsədi onu öldürmək olmayıb, huşunu isə qəzəbləndiyi üçün itirib.

Hadisə ilə əlaqədar cinayət işi açılıb.