Yolu keçmək istəyən qadını maşın vurdu
23:45 19-06-2019 649
Sabunçu rayonunda sürücü piyadanı vuraraq öldürüb.
HerGun.Az-ın məlumatına görə, hadisə axşam saatlarında, Bilgəh sanatoriyasının qarşısında baş verib. “AzSamand” markalı minik avtomobili yolu keçmək istəyən piyada, 1961-ci il təvəllüdlü Əhmədova Radiyyə Niftalı qızını vurub.
Yaralı dərhal təcili tibbi yardım maşını vasitəsilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, qadın dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Kamil Əmirli
Elşad Mətləboğlu