Gəmisi batmış şəxs iki gün okeanda köməksiz qaldı - FOTO

07:20 01-12-2020 499

62 yaşlı Florida sakini, demək olar ki, tamamilə batmış yaxtasının burun hissəsindən yapışaraq okean sularında sağ qalmağı bacarıb.

Bu barədə “Daily News” xəbər verir.

Məlumata görə, Stüart Bi suda iki gün keçirdikdən sonra “Angeles” motorlu gəmisinin heyəti tərəfindən xilas edilib.

Məlumata görə, 62 yaşlı kişi limanı cümə günü tərk edib. O, bir neçə saat dənizdə vaxt keçirdikdən sonra qayıtmağı düşünüb. Lakin şənbə günü də qayıtmayıb. Bunu görən ailə narahat olub və sahil mühafizəsinə onun itməsi barədə xəbər verib.

Məlum olub ki, onun gəmisi Kanaveral limanından 86 mil məsafədə qəzaya uğrayıb.

Stüart Bi həkim müayinəsindən keçib, onun səhhətində heç bir problem aşkarlanmayıb.