Könlü Qarabağdan keçənlər, ürəyi Laçınla döyünənlər - VİDEOREPORTAJ

10:40 01-12-2020 604

Yazıçı Şərif Ağayarın belə bir şeiri var: 

Sözümün əvvəli, sözümün sonu 
Məskənim, beşiyim, anam, ay Laçın.
İstərəm eşqinlə Xan Kərəm kimi 
Alışam, ay Laçın, yanam, ay Laçın. 

Bəli, 28 illik həsrət bu gün sona çatır. Bu xəbərə ən çox sevinən isə, əlbəttə ki, laçınlılardır. 
Onlar bu gün doğma yurd-yuvalarının geri qayıtmasının sevincini yaşayır. Lakin hər birinin simasında sevinclə yanaşı, bir qüssə, kədər də var sanki.

Yaşadıqları ağrılı-acılı günləri, itirdikləri doğmalarının xatirələrini yaddaşlarından silmək elə də asan olmayacaq.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik: