Gəncədə evdən icazəsiz çıxan koronavirus xəstələri saxlanıldı

11:40 01-12-2020 361

Gəncə şəhərində evdən icazəsiz çıxan koronavirus xəstələri polis tərəfindən saxlanılıblar. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakinləri  Asəf Həsənov, Ramil Məmmədov, Çingiz Kazımov, Asəf Məsimov və Sadiq Abdullayevin ev şəraitində müalicə almalarına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadıqları ünvanları tərk etmələri aşkarlanıb. 

Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə həmin şəxslər yaşadığı evə göndərilib, barələrində Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb.