Azərbaycanda bankların dollara olan tələbi təmin edilib
15:00 01-12-2020 475
Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankından məlumat verilib.
Hərracda tələb 63,8 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.