“Jara”nın açıq hava konserti olacaq - Heydər Əliyev Mərkəzində

20:18 28-07-2019 777

Bu gün saat 21:00-da Heydər Əliyev Mərkəzinin parkında, nüfuzlu “Jara” Beynəlxalq Musiqi Festivalı çərçivəsində açıq havada konsert proqramı təşkil olunacaq.

HerGun.Az xəbər verir ki, Rusiyanın MUZ TV telekanalının təşkilatçılığı ilə keçirilən və “open-air” adlanan musiqi və əyləncə dolu gecədə Azərbaycanın Xalq artisti Emin Ağalarov, Svetlana Loboda, İrina Dubtsova, HammAli & Navai, Mari Kraymberi, MBAND, Mot, NATAN, Nyuşa, Ciqan, Rauf & Faik, Zvonki, Aleksey Çumakov, Yuliya Kovalçuk, RASA, Mitya Fomin, İrina Nelson, Maşa Veber və digər məşhur ulduzlar çıxış edəcəklər.

Qeyd edək ki, ulduzlu gecəyə hər kəs dəvətlidir və konsert proqramına giriş sərbəstdir.

Rəşad Əliyev