​​​​​​​Bakıda avtomobil piyadanı vurdu

01:00 03-12-2020 320

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

Yolu keçən 1981-ci il təvəllüdlü Əliyev Babək Əlizadə oğlunu minik avtomobili vurub. Hadisə yerinə çağırılan təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılan yaralı həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona sol baldır sümüklərinin sınığı və üz nahiyəsinin küt travması diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.