“Qarabağ” xal qazansa da, gerilədi

11:00 04-12-2020 376

Klubların UEFA reytinqi açıqlanıb.

“Qarabağ” bir pillə geriləyib. 

Dünən İstanbulda Təl-Əviv “Makkabi”si ilə 1:1 hesablı heç-heçə etməklə Avropa Liqasının qrup mərhələsində ilk xalını qazanmış “Qarabağ” artıq 66-68-ci yerləri bölüşür. Niderlandın “Feyenoord” və Rumıniyanın “Styaua” klublarının da Ağdam komandası kimi 21,000 xalı var.

Qeyd edək ki, reytinqə 125,000 xala malik Çempionlar Liqasının son qalibi Münxen “Bayern”i başçılıq edir.