Dərman içdi, xəstəxanaya düşdü

01:54 29-07-2019 984

Qazax rayonunda 18 yaşılı qız dərman içərək zəhərlənib.
HerGun.Az-ın verdiyi xəbərə görə, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 2001-ci il təvəllüdlü Əliyeva Samirə bir çox həb qəbul edib. 18 yaşlı qız özünü pis hiss etdiyindən yaxınları tərəfindən Qazax Rayon Diaqnostika Mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, zərərçəkənin vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.