Kabelləri qırılan nəhəng “Arecibo” teleskopu uçub məhv oldu - ANBAAN VİDEO

02:00 05-12-2020 515

Puerto-Rikoda yerləşən və dünyanın ən böyük astronomik rəsədxanalarından biri olan “Arecibo” teleskopu antenanın düşməsi ilə məhv olub. 

Bu barədə REN TV xəbər yayıb.

“Arecibo” radioteleskopu 1963-cü ildən istismara verilib. Onun vasitəsi ilə neytron ulduzların mövcudluğu təsdiqlənib və ilk ekzoplanetlər tapılıb. Radioteleskop köməkçi kabel qırıldığı üçün avqust ayından bəri qəzalı vəziyyətdə idi, noyabrın əvvəlində isə əsas kabel qırılıb.

Hadisə anı qəzalı obyekti havadan izləyən dron tərəfindən qeydə alınıb.

Video ABŞ Milli Elm Fondu tərəfindən yayımlanıb.