Abşeronda ev yandı

10:40 05-12-2020 308

Abşeron rayonunda ev yanıb.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Abşeron rayonunun Xırdalan şəhərində ümumi sahəsi 48 kvadrat metr olan birmərtəbəli evin ondulindən ibarət dam örtüyü, içərisində üç ədəd məişət avadanlığı və bitişik ümumi sahəsi 48 kvadrat metr olan digər birmərətəbəli evin ondulindən ibarət dam örtüyü yanıb.

Hər iki evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.

Yanğın söndürülüb.