İbrahimoviç “Milan”da qalmasının səbəbini açıqladı: “Meydan oxumağı sevirəm”

01:00 06-12-2020 331

Mövsümün əvvəlində “Milan”la yeni müqavilə imzalayan Zlatan İbrahimoviç bu qərarının səbəblərini açıqlayıb.

Bu barədə “Haber Global” məlumat yayıb.

İbrahimoviç yeni müqavilə imzalamaq istəmədiyini və bunu məşqçiyə bildirdiyini söyləyib.

“Ailəm mənim üçün çox önəmlidir. Onlara vaxt ayırmaq istəyirəm”, - deyə Z.İbrahimoviç baş məşqçi Pioliyə bildirib.

Ulduz futbolçu növbəti gün bu qərarından imtina etdiyini qeyd edib.

“Oynamaq üçün səbəblərim var. İnsanlar mənimlə bağlı mənfi danışanda bu mənə oynamaq üçün enerji və motivasiya verir. Bu bir meydan oxumadır. Mən meydan oxumağı çox sevirəm!”, - deyə Z.İbrahimoviç bildirib.