Füzuli Musayev Azərbaycan Ciu–Citsu Federasiyasının vitse–prezidenti seçilib

03:00 20-06-2019 734

İyunun 19-da Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubunda Azərbaycan Ciu–Citsu Federasiyasının idarə heyətinin iclası olub.

Tədbirdə FHN-in İdman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev federasiyanın vitse–prezidenti vəzifəsinə namizədliyi təklif olunub.

Səsvermə nəticəsində F.Musayev Azərbaycan Ciu–Citsu Federasiyasının vitse–prezidenti və yeni yaradılan departamentin rəhbəri seçilib.