“Sədərək Yusif” indi də Kür çayını hasarlayır - Fotolar

18:27 29-07-2019 30

Mingəçevir şəhər İcra Hakimiyyətinin həm əvvəlki,həm də indiki başçısı Kür çayının avarçəkmə üzrə Beynəlxalq “Prezident Kuboku” reqatası keçirlən hissəsini “Sədərk Yusif”in “DEKA” şirkətinə satıb.

Bu haqda “Yeni Sabah”a məlumat verən şəhər sakinləri bildirib ki, məsələ ilə bağlı 117 nəfər Mingəçevir sakini tərəfindən Kür çayının gəzinti zolağında, o cümlədən suyun içərisində tikilmiş qanunsuz qazanc obyektləri ilə bağlı ölkə prezidentinə müraciət ediblər.

Müraciətdə bildirlir ki, məsələ ilə bağlı 8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinə, o cümlədən Mingəçevir Şəhər İcra Hakimiyyətinə rəsmi sorğu göndərilib. Bundan sonra 8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi qanun pozuntusuna üç dəfə müdaxilə edib. 

Kanal32.info saytı yazır ki, sonucu dəfə adıçəkilən şöbənin rəis müavini Samir Abdullayev və Baş müfəttiş Kür çayının yatağında tikilimiş “İnci”kafesində olub və məhz bu kafenin sahibinə məxsus olduğu bildirilən “DEKA” şirkəti tərəfindən aparılan qanunsuz tikintinin dayandırılması üçün verilən “Məcburi göstəriş”in yerinə yetirilmədiyi əyani şəkildə müəyyən edilib.

8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşlarını görən kimi əraziyə adlarını və vəzifələrini açıqlamayan bir neçə şəxs gələrək fəhlələri oradan uzaqlaşdıraraq, “DEKA” şirkətinin rəhbərliyinin burada olmadığını bildiriblər.

Telefonla Bakıdakı qeyri-müəyyən adamlarala uzun-uzadı danışıblar. İdarə əməkdaşları tərəfindən isə onlara məlumat verilib ki, “DEKA”şirkəti qanunvericiliyin tələblərini kobud şəkildə pozub və göndərilən rəsmi xəbərdalıqlara əməl etməyib.

Ona görə də müvafiq hüquqi normativ sənədlərə və mövcud qanunvericiliyə uyğun olaraq akt tərtib olunacaq. 

Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, inşaat aparılan əraziyə “Ağsaray” öteldən gələn Yusif Qədimbəylinin işçiləri akt tərtib edilməsində iştiraka dəvət edilsələr də, onlar bundan boyun qaçırıblar. 

Ancaq buna rəğmən  8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları üzərlərinə düşən vəzifəni yerinə yetirərək, yol verilmiş qanun pozuntusuna görə “İnzibati Xətalar Məcəlləsi”nin müvafiq maddələrinə uyğun olaraq tərtib edilən 52947 nömrəli akt əsasında “DEKA” şirkətinə cərimə kəsdilər.

Ən diqqətçəkən məqam isə odur ki, şəhər sakinlərinin ölkə başçısına etdikləri müraciətə baxmayaraq, Kür çayın içərisində tikintinin aparılmasına biabrçı sərəncam verən Mingəçevir Şəhər İcra Hakimiyyətinin nə rəhbərliyi, nə də Baş memar Etibar Abdullayev bir dəfə də olsun əraziyə gəlməyiblər.

Xatırladaq ki, Sədərək Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəyli haqda son günlər analoji xəbərlər yayılmaqdadır. Belə ki, iş adamı Xəzər Dənizini qanunsuz hasarladığı üçün həm Əmlak Məslələri üzrə Dövlət Komitəsi, həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən cərimələnib. Amma Y. Qədimbəyli məhkəməyə müraciət edərək cərimələri ləğv etdirib.