Çində ilk dəfə tirannozavr izi tapıldı

00:00 30-07-2019 644

Alimlər Çində ilk dəfə tirannozavrın daşlaşmış izini tapıblar. 

HerGun.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, izi Koreya və ABŞ palenotoloqları Çinin Szyansi əyalətində aşkarlayıblar.

Əlli səkkiz santimetr uzunu və 47 santimetr eni olan ləpir Qançjou şəhərinə yol çəkilərkən tapılıb. Çinin geologiya elmləri universitetinin еksperti Sin Lidin fikrincə, bu, nə zamansa ərazidə yaşamış nəhəng teropodun izlərindən biridir. 

Alim onu da qeyd edib ki, bu iz əvvəllər ölkə ərazisində tapılan ləpirlərdən fərlənir və daha çox Nyu-Mexiko (ABŞ) və Kolumbiya Britaniyasındakı (Kanada) tirannozavrları xatırladır.