Birgə yaşadığı kişidən şikayət etdi: pedofiliyada şübhəli bilinir

00:27 30-07-2019 444

Paytaxtın Suraxanı rayonu ərazisində azyaşlıya qarşı seksual xarakterli hərəkətlər olunması ilə bağlı həyəcan siqnalı daxil olub.

HerGun.Az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 14 yaşlı Rusiya vətəndaşı atalığının onu müntəzəm şəkildə zorlamasından şikayət edib.

Qaraçuxur sakini 46 yaşlı N.D. iyulun 27-də Suraxanı rayonu 32-ci polis bölməsinə müraciət edib. O bildirib ki, Quba rayon sakini, vətəndaş nikahında yaşadığı 36 yaşlı S.Məmmədov həmin gün təxminən günorta saat 16.00 radələrində onun 14 və 8 yaşlı qızlarını döyüb. "Ər"in bədnam əməlləri də həmin vaxt ortaya çıxıb. Ana böyük qızının daim atalığı tərəfindən cinsi zorakılığa məruz qaldığını öyrənib. 

Hazırda hüquq-mühafizə orqanları kişinin zorlama hadisəsində günahkar olub-olmaması faktını araşdırırlar. Məsələ ilə bağlı müvafiq məhkəmə-tibbi ekspertizaları təyin edilib.