Həkimin ölümünə səbəb olan estetik cərrahla bağlı Bakı Şəhər Prokurorluğuna müraciət ediləcək

00:45 30-07-2019 45

27.05.2019-cu il tarixdə Baku Medikal Plazada plastik-estetik cərrah Sirus Qoçqani tərəfindən həyata keçirilən uğursuz liposaksiya əməliyyatının nəticəsində dünyasını dəyişmiş Sona Gürgün Vəliyevanın ailəsinin səlahiyyətli nümayəndəsi Samir Zeynalov hadisə ilə bağlı yaranmış yeni faktları açıqlayıb. Korrupsiya.org-a yazan vəkil ictimaiyyətə mütaciət edib:

Həkimin ölümünə səbəb olan estetik cərrahla bağlı Bakı Şəhər Prokurorluğuna müraciət ediləcək
Samir Zeynalov

"Növbəti uğursuz əməliyyata imza atmaqla bir ailəni bədbəxt edən, iki uşağı anasız qoyan, respublikanı yeganə ixtisas baxımından həkimsiz qoyan plastik-estetik cərrah Sirus Qoçqani hadisənin mənəvi zərərini pul vasitəsilə qarşılamaq məqsədilə mərhumə Sona Gürgün Vəliyevanın ailə üzvləri ilə görüşüb. Lakin səhlənkarlığa yol verdiyini bu addımı ilə təsdiq edən həkimin təklifi ağlabatan olmayıb. Sirus Qoçqani yol verdiyi malpraktiks nəticəsində ailəyə dəymiş mənəvi ziyanı hər aya düşən sabit pul məbləği ilə kredit formatında fiksasiya etmək istəyib. Bu görüşlərdən sonra isə bir daha Sirus Qoçqanidən xəbər almaq mümkün olmayıb. Görünən odur ki, adı çəkilən həkim istər peşə, istərsə də digər xarakterli hərəkətlərinə birmənalı olaraq cavabdeh deyil.

Həkimin ölümünə səbəb olan estetik cərrahla bağlı Bakı Şəhər Prokurorluğuna müraciət ediləcək
Sirus Qoçqani


Baş vermiş hadisə ilə bağlı onu qeyd edim ki, Baku Medikal Plazanın plastik-estetik cərrahı Sirus Qoçqani və onun həm köməkçisi, həm də xanımı olan Könül adlı şəxs, Sona xanıma əməliyyatdan bir müddət öncə liposaksiya əməliyyatı üçün nəzərdə tutulmuş yeni aparatın heç bir həyati risk yaratmadığını, bu aparatla emboliyanın baş vermədiyini, əməliyyatın bu baxımdan tamamilə təhlükəsiz olacağını və hər şeyin uğurla nəticələnəcəyini bildirməklə sonuncuda əminlik hissi yaradıblar. Bu barədə əldə edilən səs yazıları belə deməyə əsasə bizə əsas verir. Qeyd edim ki, liposaksiya əməliyyatı sırf piy emboliyasının baş verməsi hallarına görə riskli əməliyyat sayılır. Əməliyyatla bağlı mərhumə Sona Gürgün Vəliyevanın səhhətində mövcud olan problemlərə dair müayinələrin nəticələri nəzərə alınmadan əməliyyatın icrasına risk edilib. Əməliyyatın nəticəsi isə qeyd olunduğu kimi bir insanın həyatla vidalaşmasını, bir ailənin isə bədbəxt olmasını şərtləndirib.
Hadisəyə hüquqi qiymətin verilməsi istiqamətində onu demək istəyirəm ki, Baku Medikal Plaza rəhbərliyi tibb müəssisəsi olaraq işçisinin vurduğu mənəvi zərər görə maddi məsuliyyətini etiraf edib, zərəri könüllü olaraq qarşılmaqdan imtina edərsə məhkəmə müstəvisində mülki qaydada klinikya qarşı mənəvi zərərin ödənilməsinə dair iddia tələbi irəli sürüləcək.
Həkim Sirus Qoçqanin barəsində isə analoji uğursuz əməliyyatlarının bir daha gerçəkləşməməsi üçün cinayət hüququ qaydasında Bakı Şəhər Prokurorluğuna müraciət ediləcək. 



Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314-cü maddəsi səhlənkarlıq nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümü və onun barəsində digər ağır nəticələrin yaranması hallarına görə zərərvuran şəxsin 5-ilədək azadlıqdan məhrum edilməsi cəzasını müəyyən edir.
Eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1112-ci maddəsinə əsasən tibb müəssisəsi cərrahiyyə əməliyyatı nəticəsində vurduğu zərərin əvəzinin ödənilməsinə görə cavabdehdir.
Həkimin ölümünə səbəb olan estetik cərrahla bağlı Bakı Şəhər Prokurorluğuna müraciət ediləcək
Sona Gürgün Vəliyeva 

Sonda onu qeyd edim ki, mərhumə Sona Gürgün Vəliyeva Səhiyyə Nazirliyi Elmi-Təhqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkimi olub.
İş üzrə gerçəkləşən yeniliklərlə bağlı ictimaiyyət mənsublarına, maraqlı şəxslərə əlavə məlumat veriləcəkdir.
Diqqətinizə görə minnətdaram.
İctimai vəki, hüquqi nümayəndə Samir Zeynalov"
P.S. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.