Bakı-Astara yolunda qəza oldu

00:54 30-07-2019 740

Bakı-Astara yolunda 2 avtomobil toqquşub, 3 nəfər yaralanıb.

Oxu. Az-ın verdiyi xəbərə görə, hadisə magistral yolun Qaradağ rayonu ərazisindən keçən hissəsində baş verib. İki minik avtomobilinin toqquşması nəticəsində 1996-cı il təvəllüdlü Məmmədova Günel Müşfiq qızı, 1983-cü il təvəllüdlü Balakişiyev Sehran Yusif oğlu və 1989-cu il təvəllüdlü Misirov Ruslan Bəhmən oğlu yaralanıb.

Hər üç yaralı xəstəxanaya yerləşdirilib. R.Misirova qarnın küt travması, S.Balakişiyevə qarnın və döş qəfəsinin küt travması, G.Məmmədovaya isə qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli
Elşad Mətləboğlu