Hakimiyyət qadağan eləsə də, qazlara toy çaldırdılar

03:36 30-07-2019 553

Minskdə erkək qazla dişi qazı evləndiriblər. 

HerGun.Az-ın TUT.bu-ya istinadən verdiyi xəbərə görə, hakimiyyət bu izdivaca qadağa qoyub.

Xarvister və Krişna adlı qazların toyu iyulun 28-də “Hide” adlı dəbli məkanda keçirilib. “Gəlinə” ağ gəlinlik donu, “bəyə” kosytum geyindiriblər. “Nikah” qeydə alındıqdan sonra qazlara rəmzi üzüklər geydiriblər.

Andrey Minçanin sosial şəbəkələrdəki abunəçillərinin məsləhəti ilə qazları evləndirmək qərarına gəlib. Xarvister onunla eyni mənzildə yaşayırmış və erkək qaz tez-tez sevgilisini görmək üçün onun qaldığı bağa gedirmiş.

Minsk şəhər icraiyyə komitəsi qazlarıın nikahını qeydə almaqdan intina edib. Əsas gətirdiklər ki, ortada gəlinlə bəyin müraciəti yoxdur, üstəlik, Belarusun ailə kodeksi kişi və qadınlar üçündür, qazlar üçün yox.