Ədnan Əhmədzadəyə qarşı təxribat

10:25 18-02-2019 823

Bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) vergi yoxlamaları nəticəsində pozuntular aşkarlandığı və  şirkətin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Ədnan Əhmədzadənin saxlanıldığı barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Qeyd edək ki, bir müddət əvvəl az oxunan və əsasən, “fake” (yalan – red.) məlumatların yayımlanmasında “ixtisaslaşmış” bəzi “sarı” saytlar Ədnan Əhmədzadənin saxlanılması barədə məlumat yayıblar.

Bu, ölkənin əksər kütləvi informasiya vasitələrinin Astanada SOCAR və Qazaxıstanın “KazMunayQaz” (KMQ) milli şirkəti arasında saziş imzalanması barədə xəbər yayması ilə eyni vaxtda baş verib.

Həmçinin oxu: 

Media.Az yazır ki, imzalanma mərasimində SOCAR prezidenti Rövnəq Abdullayevlə yanaşı, dezinformasiya yayanların guya saxlanılması barədə məlumat dərc etdikləri Ədnan Əhmədzadə də iştirak edib.

“Açıq dezinformasiya, yalan xəbərlərin yayılması Azərbaycan mətbuatının vicdanlı nümayəndələrini narahat etməyə bilməz. Belə xəbərlərin yayılması özünü “jurnalist” adlandıranlara başucalığı gətirmir və bütün jurnalistikamızın imici və nüfuzuna zərbə vurur.

Biz müvafiq orqanları bu məsələyə müdaxilə etməyə, Azərbaycan jurnalistikasının nüfuzuna xələl gətirən yalan məlumatların müntəzəm yayılmasına qoy qoymağa çağırırıq”, - deyə, sayt qeyd edir.