Fanatı Zemfiranın maşınını əzdi: diqqət çəkmək istəyirmiş - FOTO

02:36 31-07-2019 1182

Rusiyanın məşhur rok ifaçısı Zemfira dəlisov pərəstişkarının hücumuna məruz qalıb.

HerGun.Az xəbər verir ki, müğənninin dəyəri 2,5 milyon avro olan avtomobili fanatı tərəfindən pis vəziyyətə salınıb.

Sənətçinin 35 yaşlı çılğın pərəstişkarı Valentin Qleboviç polisə ifadəsində etiraf edib ki, bu hərəkəti Zemfiranın diqqətini çəkmək üçün edib.

Valentinin məqsədi avtomobili əzib, evində oturan Zemfiranı küçəyə çıxarmaq olub.

Məlumatda bildirilir ki, V. Qleboviç olduqca aqressivdir. O, insanlara hücüm çəkir, bununla yanaşı ətrafında olan əşyaları qırıb, dağıdır. Hətta valideyinlərini belə döyməkdən çəkinmir.

Baş verən olayla bağlı Zemfira polisə şikayət ərizəsi yazıb. Sənətçi bildirib ki, belə bir hadisə ilə ilk dəfə deyil ki, qarşılaşır.

Qışda əsəbi və aqressiv bir fanatı ona küçədə hücum çəkib və nəticədə müğənni xəsarət alıb: “Qışqırır, qolumdan tutub sıxırdı. Ona başa salmağa çalışırdım ki, uzaqlaşsın, yoxsa polis çağıracam. Bir neçə ay sonra yenə həmin dəlisov pərəştikarım mənə ziyan vurub”, - deyə, Zenfira söyləyib.

Rəşad Əliyev