Xırdalanda 34 yaşlı kişini bıcaqla başından vurdular

04:27 31-07-2019 669

Abşeronda orta yaşlı kişi baş nahiyəsindən bıçaqlanıb.

HerGun.Az xəbər verir ki, Xırdalan şəhəri, Quşçuluq massivində 34 yaşlı Bəbişov Rəşad Söhrab oğlu bıçaqlanıb.

Baş nahiyəsindən xəsarət alan yaralı xəstəxanaya çatdırılıb. Ona başın sol nahiyəsinin kəsilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli, Elşad Mətləboğlu