Məhəmməd – İsraildə ən populyar uşaq adı

08:54 31-07-2019 720

İsraildə təzə doğulmuş uşaqlara verilən ən poplyar ad Məhəmməd dolub.

TASS xəbər verir ki, bu İsrailin Mərkəzi statistika burosunun hesabatında öz əksini tapıb.

2018-ci ildə Məhəmməd adı 2646 uşağa verilib. Ikinci ən yayılmış ad David olub – 1500 uşaq, Ariel adı isə 1300 körpəyə verilib.

Qız adları içində Tamar adına daha çox üstünlük verilir. Bu ad ikinci il ard-arda liderliyi saxlayır.