Hindistandan ABŞ-ı qəzəbləndirəcək addım

22:54 15-06-2019 581

Hindistan ABŞ istehsalı olan bəzi məhsulların rüsumunu artırmaq qərarına gəlib. 

Bu barədə CNN Business Hindistan Maliyyə Nazirliyinin müvafiq sənədinə istinadən məlumat yayıb. 

Bildirilir ki, alma, badam, mərci, habelə bəzi kimyəvi məhsulların rüsumları artırılacaq. 

Qərar artıq iyunun 16-dan qüvvəyə minəcək.

Qeyd edək ki, ilk dəfə Hindistan yeni tariflər barədə bir il əvvəl bəyanat verib. Bu, ABŞ-ın Hindistandan idxal olunan alümin və polada tətbiq olunan rüsumları artırmaq qərarına cavab olub.