Vaqif Sadıqov: Artıq irlandları yaxşı tanıyırıq

20:18 31-07-2019 816

"İlk oyundan öncə Qurban Qurbanov bildirmişdi ki, rəqib komanda çox istəkli və intizamlı komandadır. Amma ilk oyun göstərdi ki, nizam-intizamlı komandaya qarşı bizim çempion “Qarabağ”ımız var".

Bunu HerGun.Az-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.

Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasında İrlandiyanın “Dandok” klubu ilə qarşılaşacaq. İrlandiyadakı ilk oyun 1:1 hesabı ilə başa çatdığından, Ağdam klubunun Bakıda qələbə qazanıb mərhələ adlamaq şansları yüksək dəyərləndirilir.

Elə Vaqif Sadıqov da belə fikirləşir:

“İnanıram ki, “Qarabağ”ın keyfiyyətli oyunu öz sözünü bu gün meydanda deyəcək və komandamız qələbə qazanmaqla mərhələ adlayacaq. Artıq rəqibi də daha yaxşı tanıyırıq. Yeni transferlər də artıq komandaya uyğunlaşıb. İnanıram ki, “Qarabağ” qələbə qazanıb bizləri yenidən sevindirəcək”.

Qeyd edək ki, bu görüş saat 21:00-da başlayacaq.

Səbuhi Musayev