Kolumbiyalı futbolçudan “möcüzə” asma - VİDEO

12:36 20-06-2019 942

Amerika Kubokunun qrup mərhələsində Kolumbiya yığması Qətər millisi ilə üz-üzə gəlib. 

Matçın 86-cı dəqiqəsində kolumbiyalı futbolçu Xames Rodrigesin cərimə meydançası yaxınlığında möhtəşəm asma hərəkətindən sonra Duvana Zapat qələbə qolunu vurub.

Matç 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Qolla nəticələnmiş inanılmaz asmanın görüntüsü “Twitter”də ən çox bəyənilən videolardan birinə çevrilib.