Bakıda piyada qəzaya düşdü
01:36 01-08-2019 594
Bakının Nərimanov rayonunda 21 yaşlı gənci avtomobil vurub.
Hadisə rayonun Ağa Nemətulla küçəsində baş verib. Minik avtomobili yolu keçmək istəyən piyadanı - 21 yaşlı Tağızadə İsmayıl Camal oğlunu vurub.
Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Kamil Əmirli
Elşad Mətləboğlu