42 yaşlı qadını maşın vurdu

02:54 01-08-2019 605

Binəqədi rayonunda 42 yaşlı qadını avtomobil vurub.

HerGun.Az-ın verdiyi xəbərə görə, hadisə “Kəmalə-Nərmin” restoranının yaxınlığında baş verib.

Minik avtomobili 1977-ci il təvəllüdlü Arazxanova Vüsalə Süleyman qızını vurub.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi diaqnozu qoyulub. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli
Elşad Mətləboğlu