Azərbaycan müdafiə xərclərini artırır

12:45 20-06-2019 824

2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş müdafiə xərclərinin 150 milyon manat, yaxud 4,9 faiz artırılaraq 3 037,618 milyon manatdan 3 187,618 milyon manata çatdırılması nəzərdə tutulur.

HerGun.Az xəbər verir ki, bu məsələ “2019-cu il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qeyd edək ki, qanun layihəsi Prezident İlham Əliyevin imzası ilə Milli Məclisə və onun bir neçə komitəsinə müzakirəyə göndərilib.

Layihəsi parlamentin 28 iyun tarixli plenar iclasında müzakirə olunacaq.

Kamil Həmzəoğlu