Millimizin üzvü dominikanlı voleybolçu ilə zarafatlaşdı - VİDEO

11:20 22-01-2021 492

Qadın voleybolu üzrə millimizin üzvü Polina Rəhimova Braziliyada müsahibə verib.

HerGun.Az xəbər verir ki, Braziliyanın “Sesi” komandasının üzvü olan Polina həmin vaxt Dominikandan olan komanda yoldaşı, libero Brenda Kastilyo ilə zarafat etmək qərarına gəlib.

O, çeçələ barmağına mikrofon başlığını keçirərək Kastilyodan müsahibə alıb. Lakin Kastilyo Rəhimovanın zarafatını gec başa düşüb.

Səbuhi Musayev